“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.07.2021  18:15 

Təcili Yardımdan günvurma açıqlaması: 19 nəfər müraciət edib





A+  A-

“Mövsum başlayandan Təcili Yardıma günvurmadan 19 müraciət olub. 7 xəstə stasionara yerləşdirilib, digərlərinə yerində yardım göstərilərək, evə buraxılıblar”
XəzərNews.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Günvurma” ilə bağlı sualları cavablandırarkən bildirib.

Həkim qeyd edib ki, isti vaxtlarda yaşlı, həssas insanlar özlərini daha çox qorumalıdırlar:

“Bu, ürək tutmalarına, huş itirilməsinə gətirib çıxarır. Ümumilikdə ən çox uşaqlar, yaşlılar və artıq çəkisi olanlar günvurmaya məruz qalır”.

Fərzəliyevanın sözlərinə görə, günvurma nəticəsində tərləmə uzun müddət davam edirsə, bu ağırlaşmalara gətirib çıxarır:

“Bu zaman orqanizmdə su və duzun miqdarı poozulur. Günvurma təhlükəsi günün qızmar vaxtlarında - səhər saat 11-12-dən axşam 17-18-ə kimi davam edir. Yüngül əlamətlər başlayarsa, insan bunu hiss edir. Bu zaman başgicəllənmə, göz önündə qara nöqtələrin sayrışması, ürəkbulanma kimi hallar olur. İnsan gün vurmanı dərhal hiss edib fikir verməzsə, bu zaman günvurmanın təsiri ağırlaşır”.

Xəbər 1663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +