“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


14.06.2021  12:54 

“Range Rover”i Elşad Kərbalayevin sürdüyü təsdiqləndi, həbs edildi





A+  A-

Dünən Novxanı-Sumqayıt yolunda “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin düşdüyü və dörd nəfərin vəfat etdiyi qəza ilə bağlı rəsmi açıqlama verilib.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı “Range Rover”i E. Kərbalayev yox, Ələsgər Əliyev idarə edib: "İyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub: “Yol-nəqliyyat hadisəsi nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range Rover” markalı avtomobilin sahibi və sərnişini Elşad Kərbalayev, sükan arxasında olan Ələsgər Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ilkin yayılan məlumata görə, “Range Rover” markalı avtomobili Elşad Kərbalayev sərxoş vəziyyətdə idarə edərkən piyadanı vurub, daha sonra hadisə yerindən qaçarkən “Damas”la toqquşub. Lakin rəsmi məlumatlarda avtomobili Ələsgər Əliyevin idarə etdiyi və vəfat edən 4 nəfərin “Damas”da olduğu qeyd edilib.

***

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Range Rover"i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub: "Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kərbalayev istintaqa cəlb edilərək həbs olunub".

Xəbər 1822 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +