“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


14.06.2021  12:10 

“Rusiya cinayətkarların ekstradisiyasına hazırdır” - Putin





A+  A-

“Müvafiq ikitərəfli razılaşmalar əldə edildiyi təqdirdə Moskva kiber cinayətkarları Vaşinqtona təhvil verməyə hazırdır və ABŞ da buna bənzər bir şəkildə hərəkət edəcəkdir”.
XəzərNews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə “Moskva. Kremlin. Putin” verilişinə müsahibəsində bildirib.

“Bütün bu müqavilələr müvafiq dövlətlərarası sənədlərdə ifadə olunur və orada, bu sənədlərdə, müqavilələrdə tərəflər müəyyən öhdəliklər götürürlər. Və bunların böyük əksəriyyətində ekvivalentdir - hər iki tərəf eyni öhdəlikləri öz üzərinə götürür”,- deyə Putin qeyd edib.

Rusiya Prezidenti ölkəsinin cinayətkarların qarşılıqlı ekstradisiyasına hazır olduğunu bildirib.

“Cinayətkarların ekstradisiyasında razılığa gəlsək, əlbəttə ki, Rusiya buna razı olacaq, biz bunu edəcəyik, ancaq yalnız qarşı tərəf, yəni, ABŞ eyni şeyi qəbul edərsə və müəyyən cinayəkarları Rusiya Federasiyasına təhvil verdiyi halda”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden G7 zirvəsindən sonra təşkil edilən mətbuat konfransında, ölkəsində Rusiyaya qarşı cinayətlər törədən insanları mühakimə etməyə hazır olduğunu açıqlamışdı.

Rusiya Prezidenti qeyd edib ki, Baydenlə görüşdən şəxsi təmasların və münasibətlərin bərpasını, birbaşa dialoqu və qarşılıqlı maraqları təmsil edən sahələrdə həqiqətən işləyən mexanizmlərin yaradılmasını gözləyir.

Xəbər 1706 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +