“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.04.2021  19:38 

“Məcburi köçkünlər o evlərdə müvəqqəti yaşayır” - “Qaçqınkom” sədri





A+  A-

“Məcburi köçkünlər üçün salınmış 115 qəsəbədə mənzillər onların öz torpaqlarına qayıtmasından sonra digər dövlət strukturlarının balansına veriləcək”.
XəzərNews.az xəbər verir ki, bu barədə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev haqqin.az-a müsahibəsində bildirib.

““Qaçqınkom”un balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər göstərilib. Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək. Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”.

O, azərbaycanlıların Xankəndinə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının “zaman məsələsi” olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə böyük və ciddi iş aparılır: “Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin və ya valideynlərinin yaşadıqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır”.

Xəbər 2300 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +