“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


27.03.2021  11:27 

“Pfizer” Azərbaycana niyə vaksin göndərmir?





A+  A-

“Azərbaycan peyvəndi təmin etmək üçün beynəlxalq “COVAX” proqramına üzv olan ilk ölkələrdən biridir. Lakin “COVAX” Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınması lazım olan peyvəndlər hələ də ünvanına çatmayıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının hazırladığı süjetdə qeyd edilib.

Bildirilib ki, “COVAX” təşəbbüsü çərçivəsində “Biontech/Pfizer” vaksininin ilk partiyası Cənubi Qafqaz bölgəsində Gürcüstana çatdırılıb. Ölkə, həmçinin 13 martda “AstraZeneca” peyvəndini alıb. Lakin bu vaksinlərdən heç biri Azərbaycana göndərilməyib.

Telekanal “Pfizer” şirkətinə peyvəndin Azərbaycana nə zaman tədarük ediləcəyi barədə sorğu göndərib.

“Peyvəndin ədalətli və bərabər şəkildə əldə olunmasını təmin etmək üçün dünyanın hər yerindəki hökumətlər və qlobal səhiyyə tərəfdaşları ilə fəal şəkildə işləyirik. Hazırda elan edəcəyimiz heç bir şey yoxdur”,- deyə şirkət açıqlamasında bildirib.

“COVAX”dan verilən son məlumata görə, Azərbaycana vəd ediləndən daha az doza çatdırıla bilər. Satınalma tarixi qeyri-müəyyəndir.

Vurğulanıb ki, bütün bu haqsızlıqlara baxmayaraq, Azərbaycan tərəfindən vaxtında görülən tədbirlər sayəsində ölkədə peyvənd problemi yaşanmayıb. Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi ölkədəki yarım milyon insana tətbiq edilib. Hazırda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunur.

Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin fevralında yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında dünyada vaksin alışında ədalətsizliyə yol verildiyini diqqətə çatdırmışdı.

Xəbər 900 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +