“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


16.03.2021  09:45 

“Paşinyan istefa verməli və Ermənistandan getməlidir” - Ter-Petrosyan





A+  A-

Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolu Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsidir.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin birinci Prezidenti Levon Ter-Petrosyan bildirib.

Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.

“Dövlətin, xalqın və şəxsən Baş nazirin maraqlarından irəli gələn yeganə çıxış yolu, zənnimcə, parlament tərəfindən toxunulmazlığa hüquqi təminat verilməklə onun dərhal, könüllü istefası və xaricdə müvəqqəti də olsa sığınacaq almasıdır”, - keçmiş Prezident bildirib.

O qeyd edib ki, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir, hansı ki, ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.

Ter-Petrosyanın sözlərinə görə, Baş nazir və onun komandası biabırçı məğlubiyyətə görə məsuliyyətdən qaçmağa çalışan siyasi qüvvədir, dövlətin möhkəmləndirilməsinə qayğı göstərməyi yox, nəyin bahasına olursa - olsun, öz hakimiyyətini tam açıq şəkildə qoruyub saxlamağı rəhbər tutur.

Xəbər 927 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +