“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.02.2021  23:11 

ABŞ-da kəskin hava şəraiti 58 nəfərin həyatına son qoydu





A+  A-

ABŞ-da bir həftədir davam edən qütb soyuqları nəticəsində həyatını itirənlərin sayı 58-ə çatıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatı başda olmaqla, ölkənin böyük hissəsini təsiri altına alan şiddətli qar və buzlaşma əlverişsiz vəziyyət yaradıb.

Şiddətli soyuqlar nəticəsində və buzlaşmanın səbəb olduğu qəzalarda ən azı 58 nəfərin öldüyü bildirilir.

Qeyd edilib ki, şiddətli soyuqlar səbəbindən azı altı nəfər evində donmuş halda aşkarlanıb. Maşınında isinmək istəyən çox sayda insan isə zəhərlənib, bəziləri isə evində isinməyə çalışarkən çıxan yanğınlarda həyatını itirib.

ABŞ Milli Meteorologiya Xidməti Texasda həftəsonu temperaturun mənfi 18-dən 10 dərəcəyədək yüksələcəyini, ancaq yenidən mənfiyə düşəcəyini proqnozlaşdırır.

Xəbər 2548 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +