“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


27.01.2021  08:46 

Trampın impiçment prosesi bu tarixdə başlayacaq





A+  A-

ABŞ Konqresinin Senatı keçmiş Prezident Donald Trampın impiçmenti çərçivəsində ilkin prosedurların həyata keçirilməsinin reqlamenti haqqında qətnamə qəbul edib.
XəzərNews.az bildirir ki, bu barədə “TASS” xəbər verib. Respublikaçıya qarşı prosesin özü fevralın 9-da başlayacaq.

Qətnamənin təsdiqinə 83 senator səs verib, 17 isə əleyhinə çıxıb. Ölkənin qanunverici orqanının yuxarı palatasının iclasını Amerika teleşirkətləri canlı yayımlayıb. Qətnamənin qəbul edilməsindən sonra Senatdakı demokrat çoxluğun lideri Çak Şumer (Nyu-York ştatından) bu sənədin müddəalarına uyğun olaraq, Trampın impiçment prosesinin fevralın 9-da yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 22:00-da-red.) bərpa etməyi təklif edib. Bu təklif yekdilliklə qəbul edilib.

Trampın impiçmenti haqqında qətnamə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən yanvarın 13-də qəbul edilib, ötən bazar ertəsi konqresmenlər sənədi Senata təqdim edib. Qətnamədə cəmi bir ittiham maddəsi var - üsyana təhrik.

Xəbər 1499 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +