“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


13.01.2021  10:45 

Baş nazir korrupsiya qalmaqalına görə istefa verdi





A+  A-

Estoniya Baş naziri, Mərkəz Partiyasının lideri Yuri Ratas partiyanın imicinə xələl gətirən korrupsiya qalmaqalı səbəbi ilə istefa verdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Yuri Ratas bu barədə öz Feysbuk hesabında açıqlama yayıb.

“Siyasətdə çətin vəziyyətləri həll etmək üçün çox çətin seçim etməli olursan. İndiki vəziyyətdə dəyərlərimə əsaslanaraq, Estoniya Respublikasının Baş naziri vəzifəsindən istefa qərarını verdim. Bu qərar idarə heyəti və Mərkəz Partiyası fraksiyası və həm də ən yaxın həmkarlarım ilə məsləhətləşmələrdən sonra verildi. Fərqli həll yolları mümkün görünürdü, ancaq bunlardan yalnız biri düzgündür”,- deyə Ratas qeyd edib.

Estoniya Prokurorluğu və Təhlükəsizlik Polisi (KAPO) Mərkəz Partiyasının üzvlərinin korrupsiya cinayətlərinə dair şübhələr təqdim edib. Şübhəli şəxslər arasında partiya sədri Mixail Korb, maliyyə naziri Kersti Kraxtın müşaviri, iş adamı Hillar Teder və adları hələ açıqlanmayan digər iki şəxsin olduğu bildirilib.

Qeyd edilib ki, Mixail Korb Tallin meriyasındakı təsirindən istifadə edərək, Tederlə əlaqəli “Porto Franco” firmasına Tallində tikiləcək bir obyekt üçün yol tikmək imkanı təmin edəcək. Əvəzində isə Hillari Teder Mərkəz Partiyasına seçkilərə kimi 1 milyon avroya qədər ianə edəcəyini vəd edib.

Bununla yanaşı maliyyə naziri Kersti Kraxtın müşaviri də Tederə nazirlikdəki təsirindən istifadə edərək “Porto Franco” şirkətinə güzəştli şərtlərlə dövlət krediti verilməsini təmin edəcəyi ilə bağlı vəd verib.

Şübhələrə görə, Kraxt bu xidmətlərə görə Tederdən rüşvət əldə etməli idi. Lakin Teder və Kraxtın Estoniya təhlükəsizlik polisi tərəfindən saxlanılması səbəbindən bu əməliyyat baş tutmayıb.

Xəbər 1508 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +