“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


24.11.2020  16:54 

Nazirlikdən “fişinq” hücumları ilə bağlı növbəti - Xəbərdarlıq





A+  A-

Kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən “fişinq” hücumları artmaqdadır.
XəzərNews.az xəbər verir ki, növbəti “fişinq” kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunur. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

Qeyd edək ki, kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları “tələ”yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur.

Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri “spam” mesaj olaraq şikayət etməyə çağırır.

Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.

Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər

Xəbər 1982 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +