“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


24.11.2020  12:37 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Gürcüstanda son 24 saat ərzində daha 3 128 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 111 min 818-ə çatıb.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 39 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1051-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 92 min 215 nəfərdir.

Rusiyada isə son bir gündə 24 min 326 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 491 pasiyent ölüb, 23 min 226 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 2 milyon 138 min 828 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 813 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 127 min 522 nəfərə çatıb. Daha 26 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2002-yə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 1322 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +