“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


26.10.2020  15:11 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Gürcüstanda son 24 saat ərzində daha 1 872 nəfərdə COVID-19 aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 21 min 208-ə çatıb.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 14 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 215-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 11 min 370 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Rusiyada isə son bir gündə 17 min 347 yeni yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo”nun xəbərinə görə, Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 219 pasiyent ölüb, 7 min 574 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 1 milyon 531 min 224 nəfər insan koronavirusa yoluxub.

Xəbər 1608 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +