“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.09.2020  14:10 

Mariya Kolesnikova həbs olundu





A+  A-

Belarusun müxalifət lideri Mariya Kolesnikova hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat yayıb. Bildirilib ki, Kolesnikova hazırda Minskin Volodarskogo küçəsindəki 1 saylı həbsxanadadır.

“İstintaq Komitəsinin əsas istintaq şöbəsinin istintaq qrupunun rəhbəri Aleksandr Vasilyuk məni çağırdı və Kolesnikovanın həbs olunduğunu bildirdi. Paket gətirməyi təklif etdi”,- deyə müxalif siyasətçinin atası Aleksandr Kolesnikov jurnalistlərə bildirib.

Eyni zamanda, mülki geyimli və maskalı naməlum şəxslər Minskdəki İstiqlal prospektində yerləşən Kolesnikovanın evinə gəliblər. Onlar siyasətçinin mənzilində “istintaq fəaliyyəti” aparıldığını, ancaq hansı xarakter daşıdığını açıqlaya bilməyəcəklərini qeyd ediblər.

Xatırladaq ki, 7 sentyabrda Kolesnikova Minskin mərkəzində naməlum şəxslər tərəfindən mikroavtobusa mindirilərək naməlum istiqamətdə aparılıb. Ertəsi gün səlahiyyətlilər onun ölkəni tərk etməyə çalışdığını, ancaq saxlanıldığını bildirib. Daha sonra isə Kolesnikovanın ölkədən çıxarılmasına qarşı çıxdığı və bunun üçün öz pasportunu cırdığı məlum olub.

Xəbər 1310 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +