“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


08.09.2020  09:45 

Yaponiyada erkən parlament seçkiləri keçirilə bilər





A+  A-

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının sədrliyinə namizəd, Nazirlər Kabinetinin Baş Katibi Yoşihide Suga ölkənin növbəti Baş Naziri olacağı təqdirdə erkən parlament seçkiləri keçirilməsinin mümkünlüyünü elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Suga Yaponiyanın “Asahi” qəzetinə müsahibəsində bildirib: “Baş Nazirin parlamenti buraxmaq və erkən seçki təyin etmək hüququ var. Növbəti Baş Nazir bunu etməyə qərar verərsə, belə də olmalıdır. Əgər verməsə, deməli, olmayacaq”.

O, növbədənkənar seçkilərin keçirilməsi üçün koronavirusa yoluxma hallarının kifayət qədər azalıb-azalmadığına dair mütəxəssis rəyinə ehtiyac olduğunu bildirib.

Bununla yanaşı, Suga gələn il Tokio Olimpiadasının keçirilməsini də istədiyini bildirib: “Pandemiyanı saxlamaq və bunu reallaşdırmaq istəyirik”.

Qeyd edək ki, bu gün Yaponiyada ölkənin Baş Naziri olacaq hakim Yaponiya Liberal Demokrat Partiyası sədrinin seçilməsi üçün seçki kampaniyasına start verilib.

Baş Nazir vəzifəsinə üç namizəd mübarizə aparır: Hökumətin Baş katibi Yoşihide Suga, keçmiş Müdafiə və Kənd Təsərrüfatı naziri Şiqeru İşiba və keçmiş Xarici İşlər naziri Fumio Kişida.

14 sentyabrda Liberal Demokrat Partiyasının üzvləri parlamentin təsdiqindən sonra Baş Nazir olacaq yeni sədrlərini seçəcəklər. Parlament səsverməsi isə 16 sentyabrda keçiriləcək.

Xatırladaq ki, Baş Nazir Şinzo Abe avqustun 28-də uzun müddət davam edən xəstəliyinin ağırlaşması səbəbindən istefa verdiyini açıqlamışdı.

Xəbər 1336 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +