“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


30.06.2020  09:52 

Rusiya peyvənd sınaqlarının nəticəsini açıqladı





A+  A-

Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri könüllülər üzərində aparılan koronavirus peyvəndi sınaqlarının nəticələrini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə Seçenov Universiteti Dərmanların Klinik Tədqiqatı Mərkəzinin rəhbəri, baş tədqiqatçı Yelena Smolyarçuk məlumat verib. O bildirib ki, peyvənd sınaqlarının nəticələrində az sayda gözlənilən əlavə təsirlərdən başqa ciddi arzuolunmaz mənfi təsirlər müşahidə olunmayıb.

Onun sözlərinə görə, sözügedən əlavə təsirlər post-vaksin təsirləri olaraq bilinir, lokal və ümumi xarakter daşıyır və heç bir müdaxiləyə ehtiyac olmadan öz-özünə keçir. O qeyd edib ki, bu təsirlər peyvənd qəbul edildikdən dərhal sonra və ya sonrakı bir neçə saat ərzində baş verir.

Qeyd edək ki, Seçenov Universitetində koronavirus peyvəndinin klinik sınaqlarının ilk mərhələsi iyunun 18-də başlayıb. 20 könüllüdən ibarət ikinci qrup isə 23 iyun tarixində peyvənd edilib. Smolyarçukun sözlərinə görə, peyvənd iki alt hissədən ibarətdir.

Birinci qrupda könüllülərin yarısına peyvəndin bir alt hissəsi, digər yarısına isə ikinci hissəsi vurulub. Qalan 20 nəfərə isə peyvənd tam vurulub.

“Bununla müxtəlif könüllülərdə immunitetin inkişaf tempi və intensivliyi idarə edilir”,- deyə mütəxəssis bildirib.

Xatırladaq ki, daha əvvəl Vektor mərkəzinin direktoru Rinat Maksyutov Rusiyada koronavirus vaksininin üç prototipinin immun reaksiya meydana gətirmə qabiliyyəti üzərində sınaqlardan uğurla keçdiyini və effektivliyini göstərdiyini açıqlamışdı.

Xəbər 1347 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +