“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


11.04.2020  10:18 

190 manat üçün müraciətdə bu rayonların növbəsidir





A+  A-

Xəbər verdiyimiz kimi, birdəfəlik ödəməni (190 AZN) almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günləri qrafikə bölünüb.
XəzərNews.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, həmin qrafikə uyğun olaraq bu gün Bakı ərazisində Səbail, Xəzər, Pirallahı rayonları, bölgələrdə isə Ağdam, Füzuli, Mingəçevir, Bərdə, İmişli, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Tərtər, Qobustan, Naftalan şəhər və rayonlarında elektron müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatlarına start veriləcək.

İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

Bildirilib ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

Qeyd edək ki, artıq 2 gündür ki, 20 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.



Xəbər 1256 dəfə oxunub.




22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +