“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


02.04.2020  17:09 

ABŞ 60 milyon tibbi maska “oğurlayıb”





A+  A-

Fransanın xəstəxanalar üçün sifariş etdiyi qoruyucu maskalar Çindən təyyarəyə yükləndiyi zaman ABŞ iki qat qiymət ödəyərək onları alıb
XəzərNews.az xəbər verir ki, Fransa Regionlar Birliyinin rəhbəri Renaud Muelier bildirib ki, bölgə hökuməti çinli istehsalçılara cərrah maskaları sifariş edib, bunun pulunu da ödəyib. Amma mallar Fransaya göndərilməyə hazır olduğu an “qəribə hadisə” baş verib.

“RT France” kanalına danışan Muelier deyib ki, Fransanın sifarişi bu səhər Çində yükləmə bölümündəykən ABŞ tərəfindən daha çox pul ödənilməsi qarşılığında təyyarə ilə birlikdə Amerikaya aparılıb.

“Liberation” qəzeti isə Muselierlə danışsa da, Regionlar Birliyinin rəhbəri hadisənin detallarını açıqlamayıb. Amma qəzetə danışan başqa bir mənbə deyib ki, ABŞ maskaları qiymətindən qat-qat baha alaraq Birləşmiş Ştatlara daşıyır.

Qaynaqlardan biri amerikalılar haqqında “iki qatını ödəyirlər. Hətta malı almazdan əvvəl ona nəzarət etməyə də ehtiyac duymurlar. Buna görə biz ala bilmirik”,- deyib.

Nouvella-Aquitaine Bölgə Şurasından bir qaynaq Çində yaşananları “lojistik xaos” adlandırıb. Sifariş etdikləri məhsulu Çinin daxilində bir neçə şəhərə yönəltmək məcburiyyətində qaldıqlarını xatırladan mənbə əlavə edib ki, ölkədə yük daşımaçılığı həyata keçirən hava şirkətləri sifariş səbəbindən aşırı yükləniblər. Həmçinin ABŞ-ın mliyardlarla maska satın aldığını dilə gətirən qaynaq deyib ki, bu üzdən Avropa ölkələrindən edilən sifarişlər sıranın sonunda yer alır.

Qeyd edilir ki, Fransa bölgələri 60 milyona yaxın maska sifarişi edibmiş.

Xəbər 1012 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +