“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


27.02.2020  08:46 

Gürcüstanın Azərbaycanla sərhədi bağlaması xəbərinə reaksiya - Yenilənib





A+  A-

Yekaterina Tikaradze və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze brifinq keçirib.
XəzərNews.az “Novosti Qruziya”ya istinadən xəbər verir ki, brifinqdə İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən 50 yaşlı şəxsin hazırda Tbilisidə Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində olduğu bildirilib. Tikaradzenin sözlərinə görə, virusun Gürcüstanda epidemiya halı almaması üçün tədbirlər görülür. Onun sözlərinə görə, brifinqdən əvvəl Baş Nazir Georgi Qahariya ilə görüşüb və hökumət iki həftəliyə Azərbaycanla sərhədi bağlamaq qərarına gəlib.

İran vətəndaşlarının Gürcüstana, Gürcüstan vətəndaşlarının isə İrana gediş-gəlişi qadağan edilib.

***

Gürcüstan Baş Nazirinin Administrasiyasından APA-ya bildirilib ki, Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil.

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib.

Xəbər 573 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +