“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


30.01.2020  15:30 

Yunanıstan Türkiyə ilə sərhəddə baryerlər qoyacaq





A+  A-

Yunanıstan hökuməti Türkiyədən yunan adalarına köçün qarşısını almaq üçün dəniz sərhəddinə üzən baryerlər yerləşdirəcək.
XəzərNews.az euronews-a istindən xəbər verir ki, Yunanıstanın Müdafiə Nazirliyi bu məqsədlə 2,7 kilometr uzunluğunda üzən baryerlərlə bağlı 3 ay ərzində təklif verilməsi üçün tender elan edib.

Müdafiə Nazirliyinin saytında verilən açıqlamada fövqəladə vəziyyətdə istifadəsi nəzərdə tutulan baryerlərin nə vaxtdan yerləşdiriləcəyinə dair isə məlumat verilməyib.

Yunan donanmasının xidmətinə veriləcək baryerlərin ümumi hündürlüyünün 1 metr 10 santimetr, dənizin üstündəki hissəsinin 50 santimetr olması və üzərində də yanıb sönən işıqlar yerləşdirilməsi nəzərdə tutulur.

Baryerlərin alınmasına və 4 illik baxımı üçün 500 min avro ayrılacaq.

Qeyd olunur ki, ötən il yunan adalarına qaçaq yollarla 60 mindən çox miqrant keçib.

Xəbər 1116 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +