“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.01.2020  09:57 

Azərbaycanın “Eurovision-2020”dəki yeri açıqlandı





A+  A-

Azərbaycan Niderlandda keçiriləcək “Eurovision – 2020” mahnı müsabiqəsində birinci yarımfinalda çıxış edəcək.
XəzərNews.az-ın məlumatına görə, bu, yanvarın 28-də Rotterdam meriyasında baş tutan püşkatma mərasimi zamanı məlum olub. Müsabiqənin yarımfinalları 12 və 14 may tarixlərində, finalı isə 16 may tarixində keçiriləcək.

Yarışmada 41 ölkə təmsilçisi çıxış edəcək. 35 ölkədən olan artistlər yarımfinallarda finala keçmək uğrunda mübarizə aparacaqlar. Finala avtomatik olaraq “Böyük beşlik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ötən ilki qalibi, “Eurovison – 2020”yə ev sahibliyi edəcək Niderland keçəcək.

Hələ adı açıqlanmayan Azərbaycan təmsilçisi I yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Beləliklə, birinci yarımfinalda (12 may) 17 ölkədən olan artistlər səhnə alacaq: Şimali Makedoniya, Belarus, Litva, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika.

İkinci yarımfinalda (14 may) 18 ölkədən olan artistlər çıxış edəcək: Avstriya, Moldova, Polşa, San-Marino, Serbiya, İslandiya, Çexiya, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya.

Hər yarımfinalda tamaşaçı və münsiflərin səsverməsi nəticəsində 10 ölkə mayın 16-da keçiriləcək finala vəsiqə qazanacaq. Finalda ümumilikdə 26 ölkə təmsil olunacaq.

Xəbər 1363 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +