“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.07.2019  15:11 

Hərbi hissədəki hadisə ilə bağlı cinayət işi açıldı





A+  A-

Müdafiə Nazirliyi iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə nəticəsində iki hərbi qulluqçunun həlak olması ilə bağlı məlumat yayıb.
Hərbi Prokurorluqdan XəzərNews.az-a daxil olan məlumata görə, fakt üzrə cinayət işi başlanılaraq hərbi prokurorluğun işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Cinayət işinin istintaqı Hərbi Prokurorluğun rəhbərliyinin nəzarətindədir.

Xəbər 1512 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +