“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.04.2019  10:50 

Rüsum ödənişləri ilə bağlı YENİLİK





A+  A-

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.
XəzərNews.az xəbər verir ki, bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillər üçün dövlət qeydiyyat nişanlarının alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. növ xidmətlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün ərizələrin qəbul olunması, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsinə görə və başqa xidmətlər üzrə Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə ödəyə bilərlər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

Xəbər 930 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +