İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.02.2019  18:36 

Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı - “İş adamı olmaq qəbahətdir?”





A+  A-

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli xarici ölkələrdə biznes şəbəkəsinin olması ilə bağlı məlumatlara aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, Təhməzli Unikal.org-a açıqlamasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə yazılanlarda hər hansı bir problem görmədiyini deyib:

“Mən, cənab Prezidentin fərmanı ilə bu vəzifəyə təyin olunmuşam. Bu vəzifəyə təyin olunmamışdan 15 il öncə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mən beynəlxalq bizneslə məşğulam. Özüm də ixtisasca həkiməm. Nəinki sadalanan ölkələrdə, digər ölkələrdə də tibbi innovasiyalarla, tibbi layihələrin tətbiqi ilə, tibbi sektorda müəssisələrin qurulması ilə, labarotoriyaların təchiz olunması ilə, lal-kar uşaqların reabilitasiya məsələləri ilə məşğul olmuşam, o cümlədən də Avropada. Bu barədə də rəsmi məlumatlar gedib. Mən 2017-ci ilə qədər iş adamı olmuşam, bununla da fəxr edirəm. Dünyanın bir sıra ölkələrində iri şirkətlərin təmsilçisi olmuşam. İş adamı olmaq qəbahətdir? Eyni zamanda, Qarabağ müharibəsi veteranıyam. Qarabağda sağlamlığını itirmiş qardaşlarımızın reabilitasiyasına kömək etmişəm. Bu işlərdə bir qəbahət varmı? Mənim təyinatım olanda rəsmi məlumat getmişdi ki, illərdir özəl bizneslə məşğul olmuşam. Mən fəxr edirəm ki, öz əməyim və zəhmətimlə biznes sahəsində, tibbi sahələrdə öz işimi qurmuşam”.

Xəbər 909 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +