“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


11.02.2019  15:12 

“44 milyon manat pulun köçürülməsinə qol çəkmişəm”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə təqsirləndirilənlər ifadə veriblər.

12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunan "Soik Constraction" MMC-nin direktoru işləmiş Natiq İmanov deyib ki, bütün işləri Dünyamin Xəlilovun tapşırığı ilə həyata keçirib: "Biz Bakıda 4 bloklu bina tikirdik. Mən həmin ərazidə yaşayan 50-yə yaxın ailəni köçürdüm. Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankın mərkəzi filialına gedib orada Azər adlı şəxsin verdiyi sənədlərə qol çəkib gəlirdim. Hər dəfə 1,5 milyon olmaqla, ümumilikdə 44 milyon manat pulun köçürülməsinə qol çəkmişəm. Rəsmi olaraq maaşım 200 manat idi, amma Dünyamin Xəlilovdan qeyri-rəsmi 2 min manat maaş alırdım. 22 milyon 450 min manat kredit götürməyimlə bağlı onu deyə bilərəm ki, mən sadəcə sənədlərə qol çəkirdim, pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib həmin pulları götürürdü".

"Abidə" MTK-nın rəhbəri Arif Mədətov və "Alfaline" şirkətinin sahibi Sadix Murtuzayev də Dünyamin Xəlilovun tapşırığı ilə bankdan kredit götürülməsinə dair sənədlərə qol çəkdiklərini, lakin pulu götürmədiklərini deyiblər.

İttihama görə, C. Hacıyev və komandası 4.7 milyard manat pulu mənimsəməkdə, 1.8 milyon manat pulu vergidən yayındırmaqda təqsirləndirilir.

Xatırladaq ki, bundan öncəki məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb.

Xəbər 1385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +