“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


17.01.2019  18:11 

Əhalinin sülhə hazırlanması nə deməkdir? - XİN-dən AÇIQLAMA





A+  A-

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatda bildirilir.
Həmsədrlərin bəyanatında diqqət çəkən məqam əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlıdır.

Konkret olaraq əhalinin sülhə hazırlanması nə deməkdir?

XəzərNews.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ildə də qəbul edilmiş birgə “Milan bəyanatı”nda əhalinin sülhə hazırlanması çağırışı olub.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bu ilin 16 yanvar tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ilə bağlı verdikləri mətbuat bəyanatında "Nazirlərin əhaliləri sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə razılaşdıqları" qeyd olunur. Xatırlatmaq istərdik ki, hələ ötən ilin 6 dekabr tarixində qəbul edilmiş birgə “Milan bəyanatı”nda da əhalilərin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunmuşdu”.

L.Abdullayeva deyib ki, əlavə olaraq icmalar arasında təmasların da mühüm rol oynadığı vurğulanıb:

“Azərbaycan burada, eləcə də bütün aidiyyatı sənədlərdə qeyd olunmuş "əhali" sözünü hər zaman erməni və azərbaycanlı əsilli iki əhali kimi anlayır və məhz bu şəkildə qəbul olunmasına israr edir. Azərbaycan əhalisindən danışarkən, əlbəttə, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasın bərpa olunması əhalilərin sülhə hazırlanması baxımından çox önəmli rol oynayır”.

Xəbər 968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +