“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


16.11.2018  13:28 

Abel Məhərrəmovun “piyan” çıxışı harda olub?





A+  A-

Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib.
Belə ki, şeyxülislam Allahşükür Paşazadə ilə ölkənin bir qrup deputat və ziyalılardan ibarət nümayəndə heyəti İspaniyada beynəlxalq konfransa gedərkən onu səfərdə müşayiət edən BDU rektorunun “sərgüzəştləri” ölkədə ciddi rezonansa səbəb olub. Akademikin səfərboyu içkili olması, uçduğu təyyarədə belə şərab çəlləkləri daşıması şok effekt yaradıb.

Dünən günün sonunda həmin tədbirdən fotolar və videolar, hətta A. Məhərrəmovun çıxışı yayılıb.
Lakin həmin çıxışın videousunda rektor necə deyərlər ağlı başında biri kimi çıxış edir, içkili olduğu hiss olunmur və məntiqi fikirlər səsləndirir. Belə demək mümkünsə, bu çıxış əslində, yazılanları təkzib edirdi.

XəzərNews.az bildirir ki, “Qafqazinfo”ya bu gün səhər səfərdə iştirak edən nümayəndə heyətinin üzvlərindən biri müraciət edərək yayılan çıxışın konfransın əvvəlinə aid olduğunu və oteldə qeydə alındığını deyib. Onun sözlərinə görə, akademikin sərxoş halda çıxışı Madrid universitetlərinin biri Fransisko de Vitoriya Universitetində baş verib. Hətta burada Abel Məhərrəmov konfransın prezidiumuna daxil olan 5 nəfərdən biri olub. O, tribunaya çıxaraq belə demək mümkünsə rektor kimi taleyinin son çıxışına imza atıb.

Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +