“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.08.2018  13:08 

İpoteka pullarını götürüb qaçdı - Paytaxtda dələduzluq





A+  A-

Bakı şəhəri, Nizami rayonu, Nizami Abdullayev küçəsində kirayə yaşayan Vüsal Həsənov “SN Group” MMC-nin rəhbəri Aydın İsmayılovun dələduzluğuna məruz qaldığını iddia edir.
Bu barədə XəzərNews.az-a müraciət edən V. Həsənov qeyd edib ki, bu ilin iyulun sonlarında Nobel prospekti 175 ünvanında yerləşən sözügedən şirkətə ipoteka krediti üçün müraciət edib: “Mən ailəmlə bərabər neçə illərdir ki, kirayədə yaşayıram. İnternetdən bu şirkətin tək şəxsiyyət vəsiqəsilə ipoteka verdiyini gördüm və gedib şərtləri ilə tanış oldum. NZS tərəfdə dəyəri 30 min manat olan ev tapdıq. Şirkətin nümayəndəsi Maqsud Orucov gəlib evlə tanış oldu və onu qiymətləndirdi. Dedilər ki, bunun üçün 750 manat komissiya haqqı, 6000 manat isə ilkin ödəniş etməlisiniz. Məbləği də Bank Respublikanın Caspian Plazanın yaxınlığında yerləşən ofisində Sevinc xanıma yaxınlaşaraq ödəyəcəksiniz. Avqustun 1-də məbləği ödədik və adımıza iki sənəd rəsmiləşdirdilər. Sənədlərin biri “İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş" kimi qeyd edilib. Bu da da bizə prosesin rəsmi olması qənaətini verdi. Mənimlə bərabər daha yeddi nəfər şəxs də alacaqları mənzillər üçün pul ödəyib.

Avqustun 3-də alqı-satqı həyata keçirilməsi üçün ASAN Xidmətə getdik. Şirkətin nümayəndəsi Maqsud Orucov da bizimlə bərabər idi. Onunla bərabər axşama kimi direktor Aydın İsmayılovu gözlədik, amma o gəlmədi. Səhər əlaqə saxlayanda isə nömrəsinə zəng çatmadı. Maqsud Orucov dedi ki, Aydın İsmayılov ofisdə ona məxsus olan əşyalarını götürərək yoxa çıxıb. Ofisi də bir aylıq kirayə götürüblərmiş.

Biz də dərhal Yasamal rayonu 27- ci polis bölməsinə şikayət etdik. Ama indiyə kimi hələ də cinayət işi açılmayıb. Bizə məlumdur ki, Aydın İsmayılov ölkə daxilindədir. Mən məsələnin hüquqi müstəvidə tez zamanda araşdırılmasını, Aydın İsmayılovun cəzalandırılmasını, pullarımızın qaytarılmasını tələb edirəm”.

Xəbər 830 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +