“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.08.2018  10:45 

İbrahimovların qardaşı keçmiş nazirə də “atıb” - Yeni detallar





A+  A-

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun həbs edildiyini xəbər vermişdik. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə başladılan cinayət işi ilə bağlı yeni detallar məlum olub.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.İbrahimovun zərərçəkmişlərindən biri də sabiq nazirdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərov “İmprotex Motors” şirkətinin avtosalonları üçün S.İbrahimovdan obyektlər alıb. Həmin qeyri-yaşayış obyektləri yeni yaşayış binalarının birinci mərtəbəsində yerləşib. F.Ələkbərov burada öz şirkəti vasitəsilə ölkəyə gətirdiyi “BMW” markalı avtomobilləri satmağı planlayıb.

Lakin bir müddət sonra məlum olub ki, S.İbrahimovun verdiyi sənədlər saxtadır və həmin obyektlər “Sahil-D” şirkətinə məxsusdur.

İstintaqın gedişi zamanı S.İbrahimova qarşı yeni ittiham da irəli sürülüb. Belə ki, o, həm də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, “Sahil-D” şirkətinin direkotru Sahil Cahangirli eyni mənzilin bir neçə nəfərə satılmasına görə həbs edilib. Şirkətin həmtəsisçisi və S.Cahangirlinin dayısı İlham Qasımov milyonçu şair Gülağa Tənhaya 19,5 milyon manat “atmaqda” ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Qasımov, həmçinin "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.

Xəbər 1610 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +