“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.06.2018  11:54 

İşıqpulu artırılır?.. - Tarif Şurasından AÇIQLAMA





A+  A-

Tarif Şurası enerji qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
XəzərNews.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil.

Bəzi saytların yaydığı məlumata görə, "Azərenerji" və "Azərişıq" ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Müraciətlə enerji qiymətlərinin 14-16 qəpiyədək qaldırılacağı bildirilib.

Bu qəbildən olan xəbərlər sosial şəbəkələrdə müzakirələrə və panikaya səbəb olub.

Xatırladaq ki, 2016-cı ildə edilən dəyişikliklə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşib.

Xəbər 856 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +