İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.06.2018  13:49 

“Türkiyədə şagirdlərə daha ev tapşırığı verilməyəcək” - Nazir





A+  A-

Bundan sonra heç bir müəllim şagirdlərə evdə işləməkləri üçün ev tapşırığı verə bilməyəcək.
XəzərNews.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, bunu agentliyə açıqlamasında Türkiyənin təhsil naziri İsmət Yılmaz bildirib.

Nazirin bildirliyinə görə artıq şagirdlərə ev tapşırığı verilməsinə son qoyulub. Müəllimlər bundan sonra ev üçün şagirdlərə yalnız layihələr verə biləcək.

“Bundan sonra heç bir müəllimimiz şagirdlərə evdə işləməyi üçün ev tapşırığı verməyəcək. Şagirdlərimizin diqqətlərini daha çox dərsə kökləmələrini və mövzunu dərsdə öyrənmələrini istəyirik. Uşaqlarımızın da evə getdiyində məktəbdə öyrəndiklərini təkrarlayacağına inanırıq. Onsuz da indi əzbərdən çıxmışıq. Artıq bundan sonra əzbər olmayacaq, köhnə təhsil metodları təkrarlanmayacaq. Məktəbdə öyrəndiklərini həyatda istifadə edə bilmək bacarıqlarını inkişaf etdirmələrini istəyirik. İstəyirik ki, öyrəndiklərinin həyatda bir qarşılığı olduğunu görsünlər. Gələcək üçün övladlarımıza zamana və həyata uyğun bir təhsil sistemi verəcəyik. Gələcək tədris ilindən sonra şagirdlərimizə heç bir ev tapşırığı verilməyəcək " – Yılmaz bildirib.

Nazir tam gün dərs sistemində olan şagirdlər üçün günorta yeməyinin nazirlik tərəfindən verildiyini də qeyd edib.

O həmçinin bildirib ki, məktəblərdə günorta yeməklərinin verilməsi prosesi pilləli olaraq bütün məktəblərə tətbiq ediləcək.

Yılmaz bufetlərdə satılacaq məhsulların Səhiyyə Nazirliyindən alınan siyahı ilə tənzimlənəcəyinə də diqqət çəkib.

O məktəblərdə sağlam qidalanmaya xüsusi diqqət göstəriləcəyini də ifadə edib.

Xəbər 806 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +