İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.05.2018  12:46 

QHT Şuranın layihəsi əsasında Bülleten hazırlandı





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsi çərçivəsində Bülleten hazırlayıb.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan və rus dillərində olan Bülleten 35 səhifədən ibarətdir.

Bülletendə müxtəlif mədəni qrupların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin gördüyü işləri ictimailəşdirilir. Həmçinin Azərbaycanın çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsinə çalışılır, ayrı-ayrı xalqların mədəniyyət nümunələri təbliğ olunur. Azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlər haqqında məlumatlar verilir, mərkəzlərin fəaliyyəti, gördüyü işlər diqqətə çatdırılır.

Bülletendə ruslar, molokanlar və talışlar etnoqrafiyası, incəsənəti və ənənələrini əks etdirən məlumatlar verilir, bu xalqların görkəmli mədəniyyət və incəsənət xadimləri haqqında informasiyalar ictimailəşdirilir, bu fəaliyyətlər zamanı millətçilik, irqçilik hallarına yol verilmir.

Bülleten də həmçinin rusların və talışların KİV-ləri barədə məlumatlar verilir.

Xəbər 1692 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +