“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.05.2018  16:48 

İşdən çıxarılan müəllimlə bağlı yeni AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan qabaq 189-190 saylı orta məktəbin 1-ci sinif şagirdinin döyülməsi faktı sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub. Məsələyə təhsil naziri Ceyhun Bayramov da şəxsən qarışıb və məktəbdə araşdırma aparılıb. Şagirdi döyməkdə ittiham olunan müəllim Səyyarə Əliyeva işdən kənarlaşdırılıb.
Lakin qısa zaman kəsiyində şagirdin müəllim tərəfindən deyil, öz valideyni tərəfindən döyülməsini əks etdirən video yayılıb. Məsələ bundan sonra daha çox müzakirələrə səbəb olub.

Bir çoxları sosial şəbəkədə Təhsil Nazirliyini məsələni qeyri-dəqiq araşdırmaqda ittiham edib, tələsik qərara görə suçlayıb.

Belədə müəllim yenidən işə qaytarıla bilərmi?

XəzərNews.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Modern.az-ın sorğusuna belə cavab verib:

“189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir.

Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də muəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib”.

Xəbər 1160 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +