“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.04.2018  10:07 

“İcarədə olan futbolçularımız bizə qarşı oynamamalıdı”





A+  A-

Topaz Premyer Liqasının 25-ci turunda “Qəbələ”-“Kəpəz” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
XəzərNews.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

“Bu matçda hər şey normal alındı. Biz qalib gəldik. Bəlkə kiməsə elə göründü ki, hər şey asanlıqla oldu. Mən belə deməzdim. Ona görə qalib gəldik ki, biz çox düzgün oynadıq və qol imkanlarından istifadə yaxşı səviyyədə idi. Düzdü, matçın sonlarında elə imkanlar yaratdıq ki, onlardan da yararlana bilərdik. İki hissənin fərqli alınması motivasiya ilə bağlı deyil. Biz hər görüşdə qalib gəlib, xal qazanmaq istəyirik. Futbolçular da oyunlarda inkişaf etməli, təkmilləşməlidi. İkinci hissədə qol imkanlarından istifadə ilk yarıdakı ilə müqayisədə aşağı idi”.

Qriqorçuk kubokun finalına da toxunub: “Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun finalının ertəsi gün milinin yoxlama matçı olması ilə bağlı heç kimlə müzakirə aparmamışıq. Final haqda düşünürük. Biz ən yaxşı hazır olan bütün futbolçuları meydana buraxacağıq. Aydın məsələdi ki, bizim üçün vacib olan finalda iştirak edənlər ertəsi gün yoxlama oyununda meydana çıxa bilməyəcək. Yoldaşlıq görüşündə digər futbolçuları sınamaq imkanı olacaq. Amma bunlar mənim ehtimallarımdı”.

Təcrübəli çalışdırıcı “Qəbələ”nin icarəyə verilən futbolçuları haqda da maraqlı fikir səsləndirib: “Şəxsi mövqeyim belədi ki, icarədə olan futbolçularımız bizə qarşı oynamamalıdı. Bu fikrim rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, belədi. Lakin hər hansı oyunçu barədə müəyyən razılaşma varsa, mən buna qarşı da deyiləm”.

Xəbər 1116 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +