“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


31.03.2018  15:54 

Azərbaycandan xaricə pul köçürmələri niyə azalıb?





A+  A-

2017-ci ildə neft-qaz sektoru üzrə 1 846,8 mln. dollar kəsir, qeyri-neft sektoru üzrə isə 87,2 mln. dollar profisit olub.
XəzərNews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 1 759,5 mln. dollar təşkil edib.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,3 mlrd.dollar olub. Bunun 70%-i (3 mlrd.dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1,9 mlrd.dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (278,6 mln.dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (458,9 mln.dollar) təşkil edir.

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,5 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1,1 mlrd. dollar, ödənişlər isə 404,3 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 1,8 dəfə artaraq 1 020,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1,4 dəfə azalaraq 342,9 mln. dollar olub. (valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalıb). Nəticədə pul baratları üzrə 677,3 mln.dollar müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 708,6 mln. dollar təşkil edib.

Xəbər 1359 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +