“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.02.2018  11:54 

Eldar Mahmudovun pullarını offşorlara ötürən bankla bağlı təhqiqat başlandı





A+  A-

Latviyanın dövlət bankı ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCEN) tərəfindən sanksiya tətbiq edilmiş “ABLV Bank” barədə təhqiqata başlayıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, təhqiqatı iqtisadi cinayətkarlığa qarşı mübarizə İdarəsi aparır.

Dövlət polisinin mətbuat xidmətinin rəhbəri İlze Yurevitsa bildirib ki, FinCEN-ə nəticə çıxarmağa əsas verən faktlarla bağlı tərəfdaşlara informasiya sorğusu göndərilib. Habelə Latviyanın maliyyə və kapital bazarları Komissiyasından da bankın fəalyyətinə dair məlumatları təqdim etmək tələb olunub.



ABŞ Maliyyə Nazirliyi müəyyən edib ki, “ABLV Bank” Ukrayna, Azərbaycan və Rusiyadan milyardlarla dollar çirkli pulların yuyulmasını həyata keçirib. Habelə Şimali Koreyanın nüvə proqramlarını maliyyələşdirən tranzaksiyalarla məşğul olub.

FinCEN-in hesabatında bildirilir ki, bankın rəhbərliyi və əməkdaşları müştərilərin qanunsuz maliyyə əməliyyatlarını həyata keçirməyə görə günahkardırlar, o cümlədən çirkli pulların yuyulmasını və qanunsuz bank əməliyyatlarının mənbəyini, bunlara görə cavabdeh şəxslərin kimlikləri gizli saxlamağı təmin ediblər.



Xatırladaq ki, “ABLV Bank”ın vaxtilə Azərbaycan Beynəlxalq Bankı və keçmiş mill təhlükəsizlik naziri Eldar Mahmudova yaxın daha bir bankla işlədiyi məlumdur. Bu banklar üzərindən milyardlarla dollar xarici offşor hesablara ötürülüb, bu zaman kağız üzərində alqı-satqı əməliyyatları həyata keçirilib.

“ABLV Bank”a qarşı sanksiya Latviyanın bank sistemində təlatümə səbəb olub. Bu sanksiyadan iki gün sonra Mərkəzi Bankın rəhbəri də banklardan rüşvət almaq və korrupsiya ittihamı ilə saxlanılaraq dindirilib.

Xəbər 1515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +