İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.02.2018  08:53 

Tələbələrin bu hüququ ləğv edilib





A+  A-

Bu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. S.Gözəlovun sözlərinə görə, əgər tələbə www.transfer.edu.az portalına müraciət edib köçürülürsə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən əmr verilir. Bu əmrin bir nüsxəsi tələbənin təhsil aldığı müəssisəyə, biri isə köçürüldüyü ali təhsil müəssisəsinə göndərilir: "Proses bununla rəsmiləşdirilir. Bunu geriyə qaytarmağa isə bu ildən icazə verilmir. Bu barədə tələbələrə də xəbərdarlıq edilib".

S.Gözəlov bildirib ki, bu il tələbə köçürmələri ilə bağlı edilən müraciətlərin sayı ötən illə müqayisədə kifayət qədər artıb. Nazirlik rəsmisi deyib ki, bu il tələbə köçürmələri üçün bakalavriat səviyyəsi üzrə müraciətlərin sayı 970-dən çoxdur, magistratura səviyyəsi üzrəbu rəqəm 74, orta ixtisas təhsili üzrə isə 340-dan çoxdur:

"Bu artım bəlkə də tələbələrin daha əvvəl düzgün ixtisas seçməmələri ilə bağlıdır. Təcrübə də göstərir ki, tələbələr ixtisas seçimi zamanı kiminsə tövsiyəsini nəzərə alırlar. Müraciətlərin sayının çox olmasının əsas səbəblərindən biri də yeni qaydaların əvvəlkinə nisbətən daha liberal olması, yəni sadələşdirilməsidir".

S.Gözəlov deyib ki, bu il magistratura səviyyəsi üzrə də tələbə köçürülməsinə (yalnız I tədris ilində) icazə verilir. O, bunun da müraciətlərin sayının artmasına səbəb olduğunu söyləyib.

Xəbər 1419 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +