İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.01.2018  15:48 

22 Yanvar qeyri-iş günüdür?





A+  A-

20 Yanvarın həftənin şənbə gününə təsadüf etməsinə baxmayaraq, həmin gün Ümumxalq Hüzün Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.
XəzərNews.az xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzün Günü olduğundan ölkədə iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 20 Yanvarın şənbə gününə təsadüf etməsinə baxmayaraq, Ümumxalq Hüzün Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.

Qeyd edək ki, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzün Günü, 8 Mart - Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika Günü, 15 İyun - Milli Qurtuluş Günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Silahlı Qüvvələri Günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir

Xəbər 993 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +