“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


12.12.2017  12:45 

Eltonu kim öldürmək istəyib?





A+  A-

“Arxamca şər-böhtan atan ikiüzlü riyakarlar, sözüm sizədir. Üzümə deməyə cürətiniz, kişiliyiniz çatmır. Məndən qorxub çəkinirsiz. Bəs Allahdan qorxmursuz? Bilirsiz ki, Eltona şər yaxa bilməzsiz. Məni həzm etmirsiz. Hamınızın cavabını Allah verir və verəcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev rəsmi instaqram səhifəsində yazıb. Sənətçi onunla bağlı danışanlara sərt cavab verib:

“Çox qəribədir. İnsan iftira atdığı insandan qorxur, amma Allahdan yox. Kim ki, arxamca danışıb üzümə gülürsə, bu hərəkətiylə necə alçaq və ikiüzlü olduğunu göstərir. Həmişə rahat yaşamışam, bundan sonra da yaşayacam. Allahdan qorxuram, insanlardan yox. Toylarda mənə verilən pulun əvəzini işimlə qaytarıram, oxumağımla iftira atanların cavabını verəcəm.

Mən heç kimin uğuruna paxıllıq, lağ etmirəm. Həmişə təvazökar olmuşam. Məni öz həyatım maraqlandırır. Necə vaxtdır efirlərə çıxmıram, bəziləri kimi kanalların qapısında yatmıram, kimlərəsə yaltaqlıq etmirəm. Necə illərdir sizin kimi murdarlarla mübarizə aparıram. Məni şərlə yıxmaq istəyirsiz, alinmir”.

Elton iddia edib ki, vaxtı ilə onun çayına zəhər qatıblar:

“Məni 100 kişi cildində olan arvadağızlar sevməsə də, əsl kişilər yaxından tanıyır. Yerimi, həddimi, indi də artıq dəyərimi bilirəm. Alnım açıqdır, üzümü ağdır. Heç kimin yanından gözüm kölgəli deyil. Neçə müğənni, prodüser mənə oyunlar qurdu, Moskvaya belə pul verib məni deport edirdiz. Cadular, mundarlıqlar... Çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə öz işimdə və yerimdəyəm”.

Xəbər 1146 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +