İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.12.2017  20:03 

Saakaşvili tərəfdarları Kiyevi titrətdi - FOTOLAR





A+  A-

Bu gün Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə impiçment haqqında qərarın qəbul olunması üçün mitinq keçiriblər.
XəzərNews.az xəbər verir ki, etirazçılar Kiyevin Taras Şevçenko parkından Maydana qədər yürüş ediblər.

Yürüşə qatılan minlərlə insana Kiyevdə yaşayan Azərbaycan diasporunun fəalları da dəstək verib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu dəfə də ön sıralarda olub.

Etirazçılar Mixail Saakaşvilinin azad edilməsini, Prezident Pyotr Poroşenkonun istefa verməsini tələb edirlər.
Mitinqdə çıxış edən Ukrayna Ali Radasının deputatı Yeqor Sobolev mitinqdə çıxışı zamanı deyib.

“Mən təmiz insanlardan ibarət Milli Xilas Komitəsinin qurulmasını təklif edirəm. Komitə Ukraynanı yenilməz və xeyirxah bir ölkəyə çevirəcək”, - Sobelev bildirib.

M.Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır. Bunu Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.

M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib.

Qeyd edək ki, M. Saakaşvili dekabrın 5-də cinayətkar qrupun üzvlərinə yardım etmək və onların cinayət əməllərini gizlətmək ittihamı ilə saxlanılıb. Ancaq tərəfdarları M. Saakaşvilinin aparıldığı avtomobilin qarşısını kəsib, onu azad ediblər. Daha sonra M. Saakaşvili tərəfdarları ilə birlikdə Ali Radanın qarşısındakı meydana gəlib, prezidentin impiçmentini tələb ediblər. Dekabrın 6-da polislər meydandakı çadır şəhərciyində M. Saakaşvilini həbs etmək istəsələr də, onun tərəfdarlarının müqaviməti ilə qarşılaşıblar. Polislər M. Saakaşvilini yalnız dekabrın 8-də axşam saatlarında saxlaya biliblər.




Xəbər 1041 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +