“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


13.11.2017  14:37 

Seysmoloji Xidmət Mərkəzindən zəlzələ - Açıqlaması





A+  A-

İranda baş vermiş zəlzələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) açıqlama yayıb.
XəzərNews.az-a daxil olan açıqlamada bildirilir ki, qonşu ölkədə baş verən zəlzələdən sonra Azərbaycan KİV-i tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələ olub-olmayacağına dair çoxsaylı suallar daxil olub:

AMEA nəzdində RSXM olaraq bildirmək istəyirik ki, İran-İraq sərhəddində baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazisində güclü zəlzələ gözlənilmir və bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur.

Jurnalistlərdən vətəndaşlarımızın məsələyə həssas yanaşdıqlarını, insanların bu kimi xəbərləri narahatlıq və qorxu ilə qarşıladıqlarını nəzərə alaraq, bu barədə informasiya yayarkən diqqətli olmalarını, mövzuya aid suallarını zəlzələlərin tədqiqatı ilə məşğul olan və bu sahəyə məsul AMEA nəzdində RSXM-ə ünvanlamağı xahiş edirik".

Xəbər 927 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +