“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.11.2017  15:43 

“Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir“ - İB sədri





A+  A-

"Türkiyə, Rusiya və İranın vasitəçiliyi işğal olunmuş ərazilərimizin geri qaytarılmasında müsbət rol oynaya bilər"
XəzərNews.az xəbər verir ki, bu fikrləri Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev söyləyib. İB sədri daha sonra bildirib ki Azərbaycan Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir: "Qarabağ məsələsi Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə ədalətli və Azərbaycanın xeyrinə həll edilə bilər. Son dövrlər daha açıq şəkildə görsənir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətləri Qarabağ məsələsinin ədalətli şəkildə həll edilməsindən daha çox problemin həll edilməməsi istiqamətindədir. Buna görə də təcili olaraq Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir. Bundan sonra Qarabağ probleminin həlli üçün aparılan danışıqların Rusiya , İran və Türkiyənin vasitəçiliyi ilə həyata keçirlməsi daha faydalı olar. Prezidentlərin görüşləri isə Cenevrədə deyil, Moskva, İstanbul və Tehranda keçirilə bilər. Bu formatda Qarabağ məsələsinin ədalətli həlli daha inandırıcı görsənir".


Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +