“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


27.09.2017  12:18 

Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün ATV rəhbəri Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Onunla birgə kanalın bir neçə vəzifəli əməkdaşı işdən çıxıb. Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.
Bir çox tanınmış simalar da ATV kanalının eks-rəhbəri ilə bağlı ittihamlar səsləndirməyə başlayıblar. Müğənni Nura Suri ATV-nin vitse -prezidenti, eyni zamanda Vüqar Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğulayıb. Suri iddia edib ki, Dadaşovun istəyi ilə toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərində müğənnilər ödənişsiz çıxış ediblər. Həmçinin, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçılar qara siyahıya salınıb.

Məlumata görə, bu hadisə təkcə Nura Surinin başına gəlməyib. Şou-biznesin bir çox parlaq ulduzları da bu "sınaq"la qarşılaşıb.

Məsələn, sənətçilər üçün ən problemli məsələ toydur. Belə ki, ölkənin tanınmış simaları kanalın vəzifəli şəxslərinin adından toya çağırılır və ATV-nin əməkdaşlarının məclisində çıxış etmələri tələb olunur. TV-nin “zapret” siyahısına düşmək istəməyən ifaçı məclisdə çıxış etmək üçün şadlıq sarayına gedir və hər dəfə yaşadığı mənzərə ilə yenidən qarşılaşır. Yəni, həmin məclisdə ATV-nin heç bir işçisi ilə rastlaşmır. Hətta, 15 dəqiqəlik mahnı oxuyan müğənniyə irad tutulub ki, sizə yarımsaatlıq yer ayrılıb, niyə oxumamısız?

Müğənnilər daha sonra öyrənir ki, toyun ATV ilə heç bir bağlılığı yoxdur və televiziyanın əməkdaşı ifaçını məclisə gətirmək müqabilində müəyyən qədər qonorar alıb.

Hətta, şou-biznesin bir neçə tanınmış ulduzu var ki, bu “kələk”dən xəbərdar olaraq toyu yarımçıq tərk edib. Həmin məşhurlar avtomatik olaraq kanalın musiqi departamentinin rəhbəri Allahverdi Xələfov tərəfindən qara siyahıya salınıb.

Belə ulduzlar arasında Nura Suri, Günay İbrahimli, Səidə Sultan, Xatirə İslam və başqaları var. Bundan əlavə, əksər müğənnilər kanalın rəhbər şəxsləri arasında şəxsi münasibət zəminində qalmaqal yaşayıb və bununla da, kanalın “qara siyahı”sı genişlənməyə başlayıb. Hətta, ATV-nin ən populyar maqazin proqramı “müğənnisizlik”dən əziyyət çəkib və dəfələrlə iclasda məsələni müzakirəyə çıxarıblar. Lakin onların bu istəyinə önəm verilməyib.

Həmçinin, xalq artisti Flora Kərimova, əməkdar artist Elza Seyidcahan, Ayan Babakişiyeva, Günel Ələkbərova, Mehriban Xanlarova, Əli Mirəliyev, Aşıq Samirə və daha bir neçə məşhur ulduz ATV rəhbərinin qəzəbinə tuş gəlib. Siyahıda daha çox xanım sənətçilərin olması isə xüsusi diqqət çəkir.

Bundan başqa, kanal rəhbərliyi qonşu kanallarda seriala çəkilən, veriliş aparan ulduzları da hədəfə alıb. Nəticədə, Oksana Rəsulova, Sevil-Sevinc bacıları, Roza Zərgərli və bir neçə nəfər də ATV-nin efirindən məhrum olub.

(qafqazinfo.az)

Xəbər 1000 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +