“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


22.09.2017  15:34 

“AAAF Park” rəhbərinin həbsi təkzib edilir - RƏSMİ





A+  A-

Baş Prokurorluq “AAAF Park” şirkətinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edilməsi ilə bağlı iddialara cavab verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatları təkzib edib.
O bildirib ki, bəzi kütləvi informasiya vasitələrində “AAAF Park” Yaşayış Kompleksində guya prokurorluq əməkdaşları tərəfindən axtarış aparılması ilə bağlı yayılmış informasiyalar həqiqəti əks etdirmir.

“AAAF Park”ın əmlakına həbs qoyulduğu və sahibinin həbs edildiyi barədə mediada yayılan xəbərlərə şirkətin hüquqşünası Səbuhi Axundov münasibət bildirib. O, Lent.az-a bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir: "İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar. Bu proseduranı isə böyüdərək guya şirkətin əmlaklarına həbs qoyulduğu kimi təqdim ediblər".

Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə sadəcə əmlakları sata bilməyəcəkləri barədə xəbərdarlıq ediblər.

S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir".

Qeyd edək ki, Vergilər Nazirliyində "AAAF Park"ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb.

(modern.az)

Xəbər 1013 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +