“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.09.2017  12:09 

20 partlamamış mərmi tapıldı





A+  A-

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 8-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay, Şurabad və Məşədi Həsən kəndləri ərazisində 3 əkin sahəsinə və suvarma kanalının ətrafına, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 20 ədəd partlamamış hərbi sursat (PHS), 72 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 3 440 000 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, 13 gün ərzində 12 ev, 42 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 18 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 3 981 ədəd partlamamış hərbi sursat, 2 757 ədəd partlamış-yanmış sursat qalıqları və 2 371 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 23 318 584 kv.m (2 331.86 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər 1209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +