“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.08.2017  19:11 

“Zəhra Quliyeva ilə bağlı yayılan məlumatlar böhtan xarakterlidir“ - Füzuli RİH-dən AÇIQLAMA





A+  A-

Bu gün respublikanın bir sıra Kütləvi İnformasiya Vasitələrində, o cümlədən elektron sayt və portallarda iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə atılan top mərmisinin partlaması nəticəsində öz həyətlərində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının ailəsinə dövlət tərəfindən ev verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən maneçilik törədilməsi, onlardan mənzildən imtina etmələri üçün izahatlar alınması, ailəyə təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.
Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətidən XəzərNews.az-a verilən məlumatda bildiririk ki, bəzi elektron saytlarda və xəbər portallarında yayılan məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir, əsassızdır. Belə ki, avqustun 13-də Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Alxanlı kəndinə gələrək, şəhid azyaşlı Zəhra Quliyevanın valideynləri ilə görüşüb. Mətanət Əsgərqızı Zəhranın anası Nərminə Quliyevaya söhbət əsnasında demişdir ki, sizə dövlət tərəfindən ev verilməlidir. Nərminə Quliyeva isə cavabında bildirib ki, bu məsələ dövlətin öz işidir. Hər iki halda cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.
Mətanət Əsgərqızı isə Bakı şəhərinə qayıtdıqdan sonra Nərminə Quliyevanın və ailəsinin məlumatı olmadan onun adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb və həmin müraciəti Mətanət Əsgərqızı özü imzalayıb.
Həmin müraciət Azərbaycan Respublikasının Prezidenti Administrasiyası tərəfindən baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilib. RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu həmin müraciətlə bağlı Alxanlı kəndinə gedərək şəhid Zəhra Quliyevanın valideynləri görüşmüş, sözügedən müraciətlə bağlı onlarla söhbət edib. Zəhra Quliyevanın valideynləri Elnur Quliyev və Nərminə Quliyeva belə bir müraciət yazmadıqlarını, imzalamadıqlarını və məlumatları olmadığını bildiriblər.
Sözügedən məsələ ilə bağlı bəzi saytlarda yazılan xəbərlərlə bağlı şəhid Zəhra Quliyevanın valideynləri və digər qohumları bu gün rayon İcra Hakimiyyətinə gələrək rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən qəbul edilmiş, onlarla söhbət aparılıb. Şəhid Zəhra Quliyevanın valideynləri və digər yaxın qohumları saytların yazdıqları xəbərlərdən qəzəbləndiklərini, dövlətdən ev istəmək iddiasında olmadıqlarını, onlara ev verilməsi ilə bağlı hər hansı bir təzyiq göstərilmədiyini bildirib bu məsələyə saytlar tərəfindən son qoyulmasını tələb ediblər.
Şəhid Zəhra Quliyevanın valideynləri və yaxınları baş vermiş faciə ağır olsa da sarsılmamışlar, nikbindirlər, onlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusuna inanırlar, güvənirlər, öz doğma kəndlərindən heç hara getmək fikirləri yoxdur.

Xəbər 1938 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +