“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


10.07.2017  17:28 

“Şəhid bulağı”nı sökdürüb pivəxana açan qardaşı imiş...





A+  A-

Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə yaradılan bulaq-kompleks sökülüb, yerində "Qarabağ" adlı kababxana-pivəxana açılıb. Obyektdə, eyni zamanda, mal əti satışı da həyata keçirilir.
XəzərNews.az Report.az-a istinadən bildirir ki, sözügedən ərazi Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tikinti işinin aparılması ilə bağlı dəfələrlə irad bildirilməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyib, onlarla aqressiv davranıblar.

***

Yasamalda "Şəhid bulağı"nın kim tərəfindən söküldüyü məlum olub. Bu şəxs Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun doğma qardaşıdır.

Yasamal rayon İcra Hakimiyyətindən Oxu.az-a verilən məlumatda bildirilir ki, Yasamal rayon İcra Hakimiyyətinə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qoyulmuş bulaq-kompleksin sökülməsi haqqında məlumat daxil olduqdan dərhal sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Səməd İslamov ünvanda olub: "Araşdırma zamanı müəyyən olunmuşdur ki, "Şəhid bulağı" sökülməmiş, bulağın yeri yaxınlıqdakı iaşə obyektinin sahibi, şəhidin doğma qardaşı tərəfindən şəhid ailəsinin zənnincə, daha baxımlı yerə dəyişdirilmişdir. Şəhidin qardaşı ilə söhbət aparılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidin xatirəsinə qarşı biganəliyin düzgün addım olmadığı, Allahverdiyev Məhəmmədin yalnız bir ailənin şəhidi olmadığı, onun xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğu və xatirə bulağının əvvəlki yerinə qaytarılmasının vacibliyi şəhidin qardaşının diqqətinə çatdırılıb.

Onu da qeyd etmək istərdik ki, verilən tapşırıq əsasında gün ərzində şəhidin xatirəsinə qoyulmuş bulaq-kompleks ətrafında abadlıq və bərpa işləri aparılaraq "Şəhid bulağı" əvvəlki yerinə bərpa olunacaqdır. Hadisəni törədənin şəhidin doğma qardaşı olduğu nəzərə alındığından onun barəsində daha ciddi tədbirlər görülməsi məqsədəuyğun sayılmamışdır".

Xəbər 1569 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +