İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.06.2017  15:12 

“Eldar Mahmudov məhkəməyə gəlsin...”





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahid qismində MTN əməkdaşı Rafiq Abdullayev ifadə verərək deyib ki, Əmlak Komitəsinin əməkdaşı Rauf Sultanovun saxlanılması barədə tapşırqlar idarə rəisi tərəfindən verilib.

Zərərçəkmiş Maqsud Mahmudov deyib ki, sabiq nazir Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyir: "Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab verməlidir".

Hakimlər vəsatəti müzakirəyə çıxarmayıblar.

M.Mustafayev həbsdə intihar edən polkovnik İlqar Əliyevin ifadəsinin elan edilməsini istəyib. Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində ifadə elan olunacaq.

Xaliq Sadıxov MTN əməkdaşı Ayaz Gərayzadənin dindirilməsini istəyib. Məhkəmədə məlum olub ki, A.Gərayzadə barəsində həbs qərarı verilib və o, axtarışdadır.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Xəbər 1084 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +