İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.06.2017  15:04 

Jurnalistlər üçün tikilən evdən yeni xəbər: “Evlərin hamısı veriləcək, 3-cü ev də tikilir”





A+  A-

“Azərbaycan jurnalistləri üçün növbəti, 3-cü binanın tikintisi ilə bağlı Prezident Sərəncamı ola bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı KİVDF sədri Vüqar Səfərli “Kaspi”, “Kaspiy” və “Azadinform” İnformasiya Agentliyi redaksiyalarının mənzillərə iddialı namizədlərinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən iclasında deyib.

V.Səfərli qarşıdan gələn Mətbuat günündə paylanacaq evlərin bir hissəsinin ehtiyat fond kimi saxlanılacağı ilə bağlı yayılan informasiyalara da aydınlıq gətirib. V.Səfərli bildirib ki, keçən dəfə olduğu kimi, bu dəfə də evlərin hamsı jurnalistələrə veriləcək, heç bir mənzil saxlanılmayacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidenti “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixdə ikinci Sərəncam imzalayıb.

Xəbər 2931 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +