Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.06.2017  11:03 

Füzuli RİH-də müşavirə keçirilib - Fotolar





A+  A-

Füzuli rayon İcra Hakimiyyətində taxıl biçininə hazırlıqla əlaqədar müşavirə keçirilib.
Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, iri taxıl istehsalçıları, mexanizatorlar iştirak edib.
XəzərNews.az xəbər verir ki, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident cənab İlham Əliyevin respublikada ərzaq bolluğu yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində verdiyi tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda görülən işlərdən danışıb. Bildirib ki, 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar ərazidə taxıl yetişdirilib. Bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır. Rayon üzrə əkilən taxıl sahələrinin 7 min 265 hektarını isə pay torpaqları təşkil edir.
Alı Alıyev qeyd edib ki, Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda cari ildə 4000 ha ərazidə hər biri 1000 ha olmaqla 4 iri fermer təsərrüfatı yaradılıb.
“Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır. Cari ildə rayonda istehsal olunacaq yüksək keyfiyyətli taxılın bir hissəsinin isə Dövlət Taxıl Fonduna tədarük olunacağı nəzərdə tutulub.”,-deyə Alı Alıyev vurğulayıb.
Müşavirədə rayonda taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub, kombaynların kəndlər üzrə bölgüsü aparılıb.
Qeyd edilib ki, əkin sahələri nəzərə alınmaqla, taxıl biçinini növbəlilik əsasında həyata keçirmək üçün rayonda xüsusi Qərargah yaradılıb. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün tədbirlər görülüb.









Elçin
XəzərNews.az


Xəbər 1801 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +