“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


16.05.2017  10:27 

ABŞ-da QALMAQAL - Trampın Lavrova “tam məxfi” məlumat ötürdüyü ortaya çıxdı





A+  A-

Washington Post qəzeti Donald Trampla Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşü ilə bağlı qalmaqallı iddia ortaya atıb.
XəzərNews.az xəbər verir ki, qəzet iddia edib ki, prezident Tramp rusiyalı nazirə tam məxfi məlumat ötürüb.

Məlumatın İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilib. Qəzetin istinad etdiyi indiki və keçmiş amerikalı anonim məmurlar informasiyanı “tamamilə gizli” olaraq dəyərləndirsələr də, onu şərh etməkdən imtina ediblər. Qəzet isə yazır ki, həmin informasiyanın Lavrova çatdırılması İŞİD-lə bağlı kəşfiyyat xarakterli məlumat ötürən çox əhəmiyyətli mənbəni risk altında qoyub.

Həmin məlumat, hətta amerikanın bir sıra yüksəkvəzifəli məmurları üçün də sirr olub.

Ağ Ev isə qəzetin iddiasını yalan adlandırıb. Lakin bu, KİV və demokratların Trampı kəskin tənqid etmələrinə mane olmayıb.

Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisinin birinci müavini Dina Pauell isə bildirib ki, Tramp Lavrovla ancaq iki ölkənin qarşılaşdığı ümumi təhdidləri müzakirə ediblər.

ABŞ-ın nüfuzlu respublikaçı senatoru Con Makkeyn isə hesab edir ki, prezidentin gizli məlumatı açıqlamasına ehtiyac yox idi, lakin bütün hallarda dövlət başçısının belə bir hüququ var.

Xəbər 1289 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +